Ötən mövsüm birinci liqadan aşağı yuvarlanan "Yeni Malatyaspor" mövsüm bitmədən daha bir zərbə artıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bir vaxtlar Super Liqada mübarizə aparan və Türkiyəni Avropa kuboklarında təmsil edən "Yeni Malatyaspor" mövsümün ilk arısı tamamlanmamış artıq Nesine 2. Liqasından da aşağı liqaya yuvarlanıb.
Xatırladaq ki, 1986-cı ildə Malatya Belediyespor olaraq qurulan, 2010-cu ildə "Yeni Malatyaspor" adlandırılan klub 2009-2010 mövsümündə 2. Liqaya yüksəlib. 2014-2015 mövsümündə 2-ci Liqa Ağ Qrupunda çempion olan Malatya təmsilçisi növbəti mövsümdə TFF 1-ci Liqaya çıxıb. 2016-2017 mövsümündə TFF 1-ci Liqada 2-ci yeri tutaraq, Super Liqaya yüksələn "Yeni Malatyaspor" orada 5 mövsüm mübarizə aparıb. 2021-2022 mövsümündə Super Liqadan "düşən" Şərqi Anadolu təmsilçisi daha sonra 2 mövsüm 1-ci Liqada keçirib...
Fərid ASLAN
MİA.AZ