Türkiyə futbolunda mərc və "danışılmış oyun"larla bağlı istintaq çərçivəsində məşhur şəxslər saxlanılıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, yeni əməliyyatla Türkiyə Futbol Federasiyasının keçmiş vitse-prezidenti Lütfi Arıboğan, Əhməd Gülüm, İlhan Helvacı və Ebru Köksal qandallanıblar.
İstanbul Baş Prokurorluğu onlara qarşı "FETÖ/PDY silahlı terror təşkilatına kömək etmək" və "istintaqın məxfiliyini pozmaq" maddələri ilə də ittiham irəli sürüb.
Məlumata görə, adıçəkilənlər eyni zamanda, bir çox matçlar üzrə "danışılmış oyunlar"da yer aıblar.
Xəbərdə o da deyilir ki, onlar artıq İstanbul prokurorluğunda dindirilirlər: "Onlardan rəsmi şikayətçillər də var. Bir də "Fənərbağça"nın sabiq prezidenti Ali Koçdur..."
Fərid ASLAN
MİA.AZ