"Fənərbağça" Klubunun prezidenti Sadettin Saran həbs olunub.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, İstanbul Jandarma Komandanlığı tərəfindən saxlanılıb.
Klub prezidenti narkotik maddələrin tədarükü, istifadəsi, yayılmasında ittiham olunur.
Xatırladaq ki, Ədliyyə Tibb İnstitutunun bu gün açıqladığı rəyə əsasən, Saranın saç nümunəsində kokain maddəsi aşkarlanıb.
Fərid ASLAN
MİA.AZ