"Hazırkı mərhələdə Azərbaycanın Qəzzada beynəlxalq sabitləşdirmə missiyasında iştirakından danışmaq hələ tezdir".

Mia.az xəbər verir ki, bu sözləri Prezidentin köməkçisii Hikmət Hacıyev "Nikkei" nəşrinə açıqlamasında deyib.

O bildirib ki, ABŞ Azərbaycana missiyaya qoşulmağı təklif edib, lakin hələ yekun qərar qəbul olunmayıb.

Prezidentin köməkçisi əlavə edib ki, BMT Təhlükəsizlik Şurasının qətnaməsi Qəzzadakı missiyanın döyüş əməliyyatlarının aparılması qaydaları, fəaliyyət proseduru və səlahiyyətləri barədə aydın məlumat vermir.