Ziraat Türkiyə Kuboku B Qrupunun ilk matçında "Konyaspor" doğma meydanında "Antalyaspor"la qarşılaşıb.
Mia.az Türkiyə mətbuatına istnadla xəbər verir ki, oyun meydan sahibləriin minimal hesablı qələbəsiylə başa çatıb.
Yeganə qolu 21-ci dəqiqədə Tunahan Taşçı atıb. Bu qələbə isə Super Liqada 7 matçdır qələbə sevinci yaşamayan "Konyaspor", həm də uğursuzluğa son qoymuş olub...
Zülfiyyə Mustafayeva
MİA.AZ