Afrika Futbol Konfederasiyası (CAF) tərəfindən təşkil edilən 35-ci Afrika Millətlər Kubokunun (AFCON 2025) D qrupunda iki oyun keçirilib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Seneqal ilk qrup matçında Botsvananı 3-0 hesabı ilə məğlub edib.

Qolları Nikolas Cekson 40 və 58-ci dəqiqələrdə, Şerif Ndiaye isə 90-cı dəqiqədə vurublar.

"Qalatasaray"lı İsmayıl Yakobs Seneqal milli komandasının heyətində 90 dəqiqə meydanda tər tölküb. "Samsunspor"lu Şerif Ndiaye isə 78-ci dəqiqədə meydana daxil olaraq, qola imza atıb.

Qrupdakı digər matçda Konqo Demokratik Respublikası isə Benini 16-cı dəqiqədə Teo Bonqondanın vurduğu qol ilə 1-0 hesabı ilə məğlubiyyətə uğradıb.

Fərid ASLAN

MİA.AZ