Beynəlxalq kredit reytinq agentliyi "Fitch Ratings" Ukrayna ilə bağlı yeni qərar verib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, qərara əsasən, Ukraynanın uzunmüddətli xarici valyuta kredit reytinqi "məhdud defolt"dan "CCC"yə yüksəldilib.

Şirkət bunu Ukraynanın borcunun restrukturizasiyasındakı irəliləyişi ilə əlaqələndiirb.

Açıqlamada o da qeyd olunur ki, Avropa  İttifaqının 19 dekabrda Ukraynaya 90 milyard avro ayırmaq qərarı onun maliyyələşdirmə ehtiyaclarını bir ildən çox müddətə ödəyəcək və qısamüddətli borc dayanıqlılığı risklərini azaldacaq.

Məlumat üün qeyd edək ki, reytinq yüksəltməsinə baxmayaraq, Ukraynanın kredit reytinqi investisiya səviyyəsindən aşağıdır.

Samir MUSAYEV

MİA.AZ