"Qalatasaray" klubu 32 yaşlı qabonlu yarımmüdafiəçi Mario Leminanın müqaviləsini uzadır.
Mia.az Türkiyə mətbuatına istnadla xəbər verir ki, Mario Leminanın müqaviləsindəki bir illik uzatma şərti var və şərtə əsasən klub müqaviləni yeniləyəcək.
Məlumata görə, 32 yaşlı qabonlu yarımmüdafiəçi keçən mövsümün ortalarında "Vulverhempton"dan 1,5+1 illik müqavilə ilə transfer edilib. O, "Qalatasaray" forması ilə 17 matçda qol atmasa da, bir çox qələbələrdə mühim pay sahibi olub.
Zülfiyyə Mustafayeva
MİA.AZ
