Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişaf Agentliyinin (KOBİA) tenderi ləğv edilib.
Tribuna.az xəbər verir ki, bununla da qurumun “Dayaq” mükafatının qaliblərinin təltif edilməsinə həsr olunmuş tədbirin keçirilməsi baş tutmayıb.
Belə ki, “Dayaq” mükafatının keçirilməsi üçün xidmətinin satın alınması üzrə elan edilmiş tenderin dəyəri 140 min 35 manat olub. Ləğvinin səbəbi isə Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin 15 dekabr 2025-ci il tarixli AİBNDA/SQ-14088/2025 nömrəli qərarı olub. Həmin qərara əsasən tenderin keçirilməsində ciddi qanun pozuntuları aşkarlandığı qeyd edilir.