"Atletiko Madrid"in baş məşqçisi Dieqo Simeone "Jirona" üzərində 3-0 hesablı qələbədən sonra keçirilən mətbuat konfransında adı "Fənərbağça"ya ttarnsferdə  hallanan Aleksandr Sörlotla bağlı sualı cavablandırıb.

Mia.az Türkiyə mətbuatına istnadla xəbər verir ki, Dieqo Simeone belə gözləntinin olmadığını deyib.

O bildirib ki, norveçli hücumçu gələcəkdə komandaya daha faydalı olacaq: "Aleksandr bizim üçün çox vacib bir oyunçudur. Son zamanlar özünü daha da vacib hiss edir. Bunu indi və əvvəllər də hiss edirdi. Bunu görə bilərsiniz, çünki o, qaçır, müdafiəni dağıdır, pressinq edir. Bir sözlə, Julian Alvarez, Antuan Qrizmann və ya Cakomo Raspadorinin edə bilmədiyi fərqli hücum variantları göstərir. Sörlot bizə çox lazımdır. O, gələcəkdə də bizim üçün çox faydalı olmağa davam edəcək".

Fərid ASLAN

MİA.AZ