"Qalatasaray" mövsümün ilk yarısını lider tamamlayıb.
Mia.az Türkiyə mətbuatına istnadla xəbər verir ki, "Qalatasaray" RAMS Parkda keçirilən "Kasımpaşa" matçın 10-cu dəqiqəsində Yunus Akgünün qolu ilə hesabı açıb - 1:0.
"Qalatasaray" 82-ci dəqiqədə Qabriel Sara, 88-ci dəqiqədə Mauro İkardinin qolları ilə fərqi 3-ı çatdırıb - 3:0.
Oyun bu hesabla başa çatıb.
Bu nəticə ilə "Qalatasaray" xalını 42-yə çatdırmaqla ilk mövsümü lider kimi tamamlayıb. "Kasımpaşa" 8-ci məğlubiyyətini alıb.
Yeri gəlmişkən, "Qalatasaray"da dördüncü mövsümünü keçirən argentinalı hücumçu İkardi 110-cu rəsmi matçında 70-ci qolunu vurub. Bununla da o, avxtilə komandada oynayan əfsanəvi rımıniyalı qolçu George Hagini keçərək "Qalatasaray" tarixində liqa matçlarında ən çox qol vuran əcnəbi oyunçu ünvanına sahiblənib.
Fərid ASLAN
MİA.AZ