Bu gün Misli Premyer liqasının 16-cı turu çərçivəsində "Karvan-Yevlax"la  səfərdə meydan çıxan "Neftçi"nin Baş icraçı direktoru Cenk Sümer oyundan əvvəl Mia.az-ın əməkdaşı ilə söhbətləşib.

Baş icraçı direktor əvvəlcə oyundan gözləntisini açıqlayıb:

-Komanda bu oyun üçün çox hazırlıqlı görünür. Çox sıx məşq ediblər son 22 gündə. Yeni məşqçi də taktiki fikirləri, seçdiyi model ilə ümidləri artırır.

- Mən onun üslubunda bir az "Qriqorçuk elementləri" kəşf etdim, bu da azarkeşdə qıcıq yaradır, çünki Qriqorçuk "Neftçi"yə orta dayanacaq kimi baxdığını demişdi vaxtilə.

- Qətiyyən. Onların ikisi də fərqli metodları olan adamlardı. Qriqorçukda ümumiyyətlə, təlim, hazırlıq modeli yox idi. Amma Vernidubda bunu açıq görmək olar. Məsələn, "Sumqayıt"la oyunda fərqi gördünüz: üslub, taktiki yanaşma, bir model vardı ortada. Məncə, bu, çox vacib məsələdi. Qətiyyən Vernidubu Qriqorçukla müqayisə etməyin.

- Amma bu oyunda nəticə olmasa, mən bu müqayisəyə dair elə Vernidubun özünə sual vermək istəyirəm.

-Ədalətli tənqidə hər zaman açığıq. Əgər bizi də oyun qane etməsə, bizim də suallarımız olacaq.

-Vernidubun çalışdırdığı komanda bundan əvvəl təşkil olunub. Yəni, özü formalaşdırmayıb. Bu halda kollektiv onun beynindəki modelə uyğun gəlməsə necə olacaq?

- Komanda çox yaxşı təşkil olunub. Onlarla uğurlu nəticə əldə etmək mən inanıram ki, mümkündü. Mövsümun sonuna qədər bu çöküşdən çıxacağımıza inanıram. "Neftçi" layiq olduğu yerdə olacaq.

- Mövsümün autsayderi olan "Karvan"a uduzmaq da ağır hiss olacaq məncə..

- Dediyim ki, bu oyunun nəticəsində biz də maraqlıyıq. Neçə vaxtdı, komanda gecəsini-gündüzünə qatıb çalışıb. Amma bu stadionun ot örtüyü problemini də nəzərdən qaçırmayaq. Faraj "Turan-Tovuz"la oyundan sonra deyirdi ki, sonuncu dəfə belə örtüklü stadionda 15 yaşında oynayıb. Yəni, oyunçularının oyun keyfiyyətinə bu problemin də birbaşa təsiri var, deyə bilərik.

Zülfiyyə Mustafayeva,

Bakı-Yevlax-Bakı

MİA.AZ