"Qaziantep" Futbol Klubunun prezidenti ötən həftə komandadan istefa verən Baş məşqçi Burak Yılmazla yenidən  anlaşıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə klub açıqlama yayıb.

Açıqlamada bildirilib ki, artıq tərəflər arasında rəsmi müqavilə imzalanıb: "Qısa bir ayrılıqdan sonra klubumuzda böyük fədakarlıqla çalışan və çox uğurlu performans göstərən baş məşqçi Burak Yılmazla yeni bir razılaşma əldə etdik. Cənab Burak Yılmazı və komandasını bir daha salamlayırıq və  uğurlarının davamını arzulayırıq!"

Xatırladaq ki, Burak Yılmaz ötən həfrə "Göztepeyə 1-0 hesabı ilə məğlub olduqdan sonra azarkeşlərin təhqirindən qəzəblənərək istefa vermişdi. Klub rəhbərliyi də istefanı qəbul edərək, onunla vida mesajı yaymışdı.

Fərid ASLAN

MİA.AZ