Türkiyənin "Samsunspor" komandasının baş məşqçisi Tomas Rəis Konfrans Liqasında Almaniyada "Maynz" komandasına 2-0 hesablı məğlubiyyətlə ilk 8-likdəki mövqeyni itirərək növbəti mərhələyə birbaşa vəsiqə qazana bilməmələrindən çox məyus olub.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, matçdan sonra bu barədə jurnalistlərə danışıb.
Tomas Rəis bu mğlubiyətlə 12-cə səraya düşmələri və pley-offa qalmaları haqda danışmaq istəməyib: "Növbəti matç haqqında heç nə demək istəmirəm. Əsas bu oyunumuzdan məyus oldum. Rəqibimiz qələbəyə layiq idi. Topları qazanmaq istəyimiz aqressiv deyildi. Hava toplarını da demək olar ki, hamısında məğlub idik. Əmrə ilə buraxdığımız bir qol fürsəti var idi. Onu vursaydıq, 1-0 hesabı ilə qalib gələrdik və bəlkə də fərqli şeylər haqqında danışardıq. Şox məyusam. Ancaq geriyə baxmayacağıq. Komanda da bir az yorğunluq yaşayır. Gənc oyunçulara şans verməyə çalışırıq ki, bu da onlar üçün çətindir. Yolumuza davam etməliyik. Bazar günü daha bir oyunumuz var, ardınca kubok matçı. Ümid edirəm ki, zədəli oyunçularımız tezliklə geri dönəcəklər, amma bir şəkildə davam etməliyik."
Fərid ASLAN
MİA.AZ