Bu gün Ziraat Türkiyə Kuboku B Qrupunun ilk turunda "Gənclərbirliyi" birinci liqa təmsilçisi "Sipay Bodrum FK" ilə qarşılaşıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, "Gənclərbirliyi" 2-0 geriyə düşdüyü matçda mübarizə ruhunu itirməyərək, oyundan qalib ayrılıb - 3:2

Oyunda "Gənclərbirliyi"nin qollarını  M'Baye Nianq (2) və Samed Onur vurub. "Bodrum FK"nın qollarına isə Adem Metin Türk və Ali Habeşoğlu imza atıb.

Fərid ASLAN

MİA.AZ