Bu gün Konfrans Liqasında ilk 8-likdə yer alaraq mərhələ adlamağa yaxın olan Türkiyənin "Samsunspor" komandası Almaniyada "Maynz"ın qonağı olacaq.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, hazırda 10 xalla 5-ci pillədə olan türk komanda bu gün saat 00:00-da eyni xala malik oan alman komandası ilə "ölüm-dirim" oyununa çıxacaq.
Məlumata görə, "Meva Arenada" keçiriləcək matçı Finlandiya Futbol Federasiyasından baş hakim Məhəmməd Əl Emara idarə edəcək.
Məlumat üçün qeyd edək ki, 27 ildən sonra ilk dəfə Avropa kubokuna çıxan Tomas Rəisin komandası qalib gələrsə, liqa mərhələsində ilk 8-likdə başa vurmaqla növbəti mərhələyə birbaşa vəsiqə qazanmış olacaq.
Onu da bildirək ki, "Samsunspor" matça aşağıdakı heyətlə çıxacaq:
Okan; Zeki, Satka, Van Drongelen, Tomasson; Makumbou; Emre, Holse, Ntcham, Musaba və Marius.
Fərid ASLAN
MİA.AZ