Türkiyədə futbolçu qasıq və baldırından güllələnib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, hadisə Kocaelidə baş verib.
Məlumata gərə, Kocaelinin İzmit şəhərinin Sanayi məhəlləsindəki Ömer Türkçakal Bulvarında naməlum şəxslə n Regional Həvəskarlar Liqasında (BAL) yarışan Sultanbeyli Belediyespor komandasında oynayan futbolçu Uğurcan Bekçi, Emre Kaan Bölek və İbrahim Aracı arasında mübahisə yaranıb: "Mübahisə davaya çevrilib və silahlı şəxs hər üçünə atəş açıb. Nəticədə Bekçi, Bölek və Aracı yaralanıb, şübhəli isə qaçıb. Qasıq nahiyyəsi və baldırındxan güllələnən Uğurcan Bekçinin vəziyyəti kritikdir. O, çoxlu qan itirib, hətta ürəyi iki dəfə dayansa da, həkimlər həyata qaytara biliblər".
Xəbərdə o da deyilir ki, futbolçunun güllə yarası alan sağ ayağının amputasiya edilməsi ehtimalı da böyükdür.
Silahlı insidentin isə bor pul üstündə olduğu iddia olunur.
Fərid ASLAN
MİA.AZ