Kənd Təsərrüfatı Nazirliyinin Zəngilanda regional bölməsi yaradılacaq.
Mia.az teleqraf-a istinadla xəbər verir ki, nazirlik inzibati bina, laboratoriya və digər tikililərə dair layihə-smeta sənədlərinin hazırlanması üçün "House Project" MMC ilə müqavilə imzalayıb.
Nazirliyin Zəngilan Regional Bölməsinin layihə sənədlərinin hazırlanması ilə bağlı daha əvvəl elan edilən tenderin ehtimal olunan qiyməti 140 min 600 manat olsa da, şirkətlə 55 min 47 manatlıq razılaşma əldə olunub.
Qeyd edək ki, “House Project” MMC 2021-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan şirkətin qanuni təmsilçisi Nərgiz Ağayevadır.