ABŞ Çinlə mübahisəli vəziyyətdə olan Tayvana yeni raket və PUA-lar da daxil olmaqla, müasir növ silahlar göndərir.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki,  10 milyard dollar dəyərindən çox silah tədarükü barədə paket artıq elan olunub.

Məlumata görə, paketə 82 HIMARS raket sistemi, 420 Yerüstü Taktiki Raket Sistemi (ATACMS), 60 Haubitsa sistemi və əlaqəli avadanlıq, həmçinin, çoxsaylı PUA növləri daxildir: "Bundan başqa, paketdə hərbi proqram təminatı, "Javelin" və TOW raketləri, helikopter ehtiyat hissələri və "Harpoon" raketləri üçün ehtiyat hissələr də var"

Samir Musayev

MİA.AZ