"Rusiya Böyük Britaniya üçün artan bir təhlükəyə çevrilib. Lakin bu, bizi qorxutmur. Gərəkirsə, müharibəyə hazırıq"

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri Britaniya Baş Qərargah rəisi Riçard Nayton deyib.

O, Moskvaya "ağıllı olmaq"la bağlı xəbərdarlıq edib: "Rusiya NATO-ya meydan oxumaq, onu məhdudlaşdırmaq, bölmək və məhv etmək istəyir. Rusiya səhv edir, əksinə, özünə qarşı daha dirəncli cəbhə yaradır. Oğullarımız, qızlarımız, həmkarlarımız, veteranlarımız... Lazım gələrsə, hamımız döyüşəcəyik. Rsiya əsla bizmsəbrimizlə oynamasın"

Britaniya kəşfiyyat xidməti MI6-nın rəisi Blez Metreveli Rusiyanın Böyük Britaniyanın səbrini yoxladığını deyib: "Rusiya bizi müharibənin astanasına yaxınlaşdıran taktikalarla boz zonada sınağa çəkir. Mən kiberhücumlar, dronlar, dənizlərimizdəki aqressiv fəaliyyət, dövlət tərəfindən maliyyələşdirilən yanğınlar və təxribatlardan danışıram".

Samir Musayev

MİA.AZ