"Fənərbağça" klubu 2008-ci il təvəllüdlü, U19 komandasında oynayan Kamil Efe Üregen ilə Kuzey Sapazı əsas heyətə cəlb edib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu məqsədlə klub hər iki futbolçu ilə peşəkar müqavilələr imzalayıb.

Mərasimində İdarə Heyətinin üzvləri Ertan Torunoğulları, Ozan Vural, Futbol A.Ş. İdarə Heyətinin üzvü Turqay Terzi, Futbol şöbəsi direktoru Devin Özek, Futbol Akademiyasının Baş koordinatoru Sedat Karabük və Futbol Akademiyasının Dəyər Yaradılması və İnkişafı üzrə direktoru Tuncay Şanlı iştirak ediblər.

Məlumatda deylir ki, Super Liqada zirvəyə yüksəlməyi hədəfləyən "Fənərbağça" daxili transferlərlə yanaşı, kənardan da komandaya yeni oyunçular cəlb edəcək.

Fərid ASLAN

MİA.AZ