İsrail və Misir arasında tarixi təbii qaz sazişi imzalanıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə İsrailin Baş naziri Netanyahu açıqlama verib.
Onun sözlərinə görə, bu müqavilə İsrail tarixindəki ən böyük təbii qaz sazişidir: "İsrail və Misir arasında 35 milyard dollarlıq təbii qaz sazişi təsdiqlənib. Sazişə əsasən, Leviathan yatağından 2040-cı ilə qədər Misirə 130 milyard kubmetr təbii qaz ixrac ediləcək. Sazişin 18 milyard dolları birbaşa İsrail xəzinəsinə gedəcək".
Netanyahu bildirib ki, Misirlə bağlanan müqavilə İsrailin enerji sektorundakı regional mövqeyini xeyli gücləndirəcək: "Bizi qarşıda daha xoş sürprizlər gözləyir"
Samir Musayev
MİA.AZ