Avropa Parlamenti (AP) 2027-ci ilin payızına qədər Avropa İttifaqı (Aİ) ölkələri tərəfindən Rusiyadan təbii qaz və mayeləşdirilmiş təbii qaz (LNG) idxalının tədricən dayandırılmasını nəzərdə tutan qanunvericilik aktını qəbul edib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, layihə bu gün səsverməyə çıxarılıb.

Məlumata əsasən, Strasburqda keçirilən plenar iclasda 2026-cı ildən etibarən boru kəməri və mayeləşdirilmiş təbii qaz idxalına tədricən qadağa qoyulmasını nəzərdə tutan qanun layihəsinə 500 deputat "hə" deyib: "120 avropalı deputat isə  qərara "xeyr" səsi verib. Bununla da 2026-dan başlayaraq, 2027-ci ilin sentyabr ayına qədər Rusiyadan qaz alışı tamamilə dayandırılacaq".

Samir Musayev

MİA.AZ