"Avropadakı insanlara Rusiya ilə münaqişə ilə bağlı qorxu aşılanır. Mən bunu əvvəllər dəfələrlə demişəm, bu, yalan və cəfəngiyatdır. Lakin bunu tamamilə qəsdən aşılamaqdan dayanmırlar"
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri Rusiya prezidenti Vladimir Putin Moskvada Müdafiə Nazirliyinin rəsmiləri ilə keçirilən geniş iclasda çıxışında deyib.
Putin hər nə olursa olsun, Ukraynadakı xüsusi hərbi əməliyyatın məqsədinə çatacağını təkrarlayıb: "Biz münaqişənin kökünüi diplomatiya yolu ilə aradan qaldırmağa üstünlük veririk. Lakin düşmən və onun xarici tərəfdarları konkret danışıqlardan imtina edərsə, Rusiya tarixi ərazilərinin hərbi yolla azad edilməsinə nail olacaq".
Rusiya prezidenti 2025-ci ilin Rusiya ordusunun Ukraynadakı əməliyyatlnda dönüş sayıb: "Biz bu il bütün cəbhə xətti boyunca strateji təşəbbüsü ələ keçirdik, 300-dən çox yaşayış massivini azad etdik. Rusiya ordusu Ukraynada təhlükəsiz bufer zonasını genişləndirmək vəzifəsini ardıcıl olaraq yerinə yetirəcək. Üstəlik, strateji nüvə qüvvələrinin inkişafı səyləri bizim üçün prioritet olaraq qalır. Əvvəlki kimi, bu qüvvələr təcavüzkarların qarşısını almaqda və dünyada güc balansının qorunmasında mühüm rol oynamağa davam edəcək".
Putin bildirib ki, bu dövrdə "Oreshnik" ballistik raket sistemləri sınaqdan çıxarılıb, ilin sonuna qədər döyüş növbətçiliyinə veriləcək: ""Burevestnik" və "Poseidon" raket sistemlərimiz də uzun müddət unikal və təkrarolunmaz silah sistemləri kimi gücümüzə güc qatacaq"
Samir Musayev
MİA.AZ