Bakı Dövlət Universiteti KAXCP sədri Mirmahmud Mirəlioğlunun nəvəsinin vəfatı ilə bağlı başsağlığı verib.
Mia.az xəbər verir ki, başsağlığında deyilir:
"Bakı Dövlət Universitetinin (BDU) Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin "Beynəlxalq ticarət və logistika" ixtisası üzrə II kurs tələbəsi Müşfiq Mirmehdi oğlu Fəttayev vəfat edib. BDU rəhbərliyi və kollektivi tələbəmizin vaxtsız vəfatından kədərlənir, ailəsinə dərin hüznlə başsağlığı verir.
Allah rəhmət eləsin!".
Xatırladaq ki, Mirmahmud Mirəlioğlunun 18 yaşlı nəvəsi dünən parkda ürəktutmasından vəfat edib.