İtaliyanın məşhur komandası "Yuventus"da forma geyinən Türkiyə yığmasının 20 yaşlı ulduzu Kənan Yıldız yanvar ayında komandadan ayrıla bilər.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu səbəbdən "Yuventus" klubu onunla gözlənilən müqavilə yeniləməsini təxirə salıb.
Yayılan xəbərə görə, "Çelsi" və "Arsenal" 20 yaşlı oyunçu ilə danşıqlara başlayıb.
Məlumata görə, bazar dəyəri 75 milyon avro olan ulduz oyunçu bu mövsüm 25 matçda 9 qol vurub, 8 məhsuldar ötürmə verib.
Fərid ASLAN
MİA.AZ