"Qalatasaray"ın 25 yaşlı hücumçusu İtaliyaya gedir.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, İtaliyanın son çempionu "Napoli" "Qalatasaray"ın hücumçusu Barış Alper Yılmazı "radar"a alıb.
Məlumata görə, klub oynuçunun özünə ilik sabit 7-8 milon avro maaş təklif edib: "Barış transferə müsbət yanaşıb. Klubla transfer haqqı ilə bağlı rəsmi danışıqlar isə transfer pəncərəsi açılar-açılmaz başlayacaq"
Xatırladaq ki, Barış Alper Yılmaz bu mövsüm "Qalatasaray"da 20 matçda 4 qol vurub, 7 məhsuldar ötürmə verib.
Onu da qeyd edək ki, "Qaklatasaray" hələ ötən mövsüm Barışa 45 milyon avro dəyər qoymuşdu.
Fərid ASLAN
MİA.AZ