Səudiyyə Ərəbistanın "Əl-Qədsiya" klubu avropalı məşhur məşqçi ilə anlaşıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, klub 52 yaşlı Şimali İrlandiyalı baş məşqçi Brendan Rodcerslə bu gün 1.6 illik müqavilə imzalayıb.
Məlumat üçün qeyd edək ki, əvvəllər "Şvansi Sity", "Liverpul" və "Leicester City" kimi komandaların baş məşqçisi olan Rodcers "Seltik"in sükanı arxasında isə dörd dəfə liqa çempionu titulunu qazanıb.
Onu da bildirək ki, "Əl-Qədsiya" 9 turdan sonra hazırda 17 xalla 5-ci yerdədir. Liqaya "Əl-Nassr" 27 xalla liderlik edir.
Zülfiyyə Mustafayeva
MİA.AZ