Çempionlar Liqasında "Qarabağ"ı məğlub edən Niderlandın "Ayaks" komandası müdafiə xəttini gücləndirib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, klub bu məqsədlə yapon müdafiəçi Takehiro Tomiyasu ilə müqavilə imzalayıb.
Məlumata görə, müqaviləyə qədər "Arsenal"da forma geyinən 27 yaşlı oyunçunun transferi hollandlara pulsuz başa gəlib: "Klub yapon futbolçu ilə iki illik anlaşma imzalayıb".
Zülfiyyə Mustafayeva
MİA.AZ