Türkiyədə mərc oyunlarında aktiv iştirak edən futbolçu və hakimlərin növbəti "partiya"sının da cəzaları açıqlanıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının (TFF) Peşəkar Futbol İntizam Şurası (PFDK) məlumat yayıb.

Məlumata görə,  mərc  oyunlarının aktiv iştirakçıları olmaları sübuta yetirilən daha  224 futbolçu və 24 hakimlə bağlı qər cəzalandıırlıb: "Qərarla peşəkar oyunlarda oynamaq hüququ olan 197 həvəskar futbolçu, o cümlədən liqalarda hazırda oynayan 27 futbolçu və 24 hakimlər 45 gündən 12 aya qədər futboldan kənarlaşdırılma cəzaları alıblar".

Məlumatda deyilir ki, köməkçi hakim Faiq Sancaktutan,  futbolçular Əkrəm Koçak və Mustafa Bilge Diyadinlə bağlı araşdırma davam edir: "Futbolçular Kemal Kaan Kılıç, Mahmut Emin Kabul, Mert Aydın və Osman Erol barədə aparılan araşdırma zamanı dəlillər yetərli olmadığından onlara cəza verilməyib"

Fərid ASLAN

MİA.AZ