Türkiyə Super Liqasının 16-cı turunda "Fənərbağça" "TÜMOSAN Konyaspor"la qarşılaşıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, oyuna sürətli başlayan "Fənərbağça" 28-ci dəqiqədə Anderson Taliskanın vurduğu penalti qolu ilə hesabı hesabı açıb. 30-cu dəqiqədə isə Mert Müldürün qolu ilə fərq artıb: 2-0.

 37-ci dəqiqədə Taliska növbəti qoluna imza atıb - 3:0

 87-ci dəqiqədə Marko Asensio oyuna son nöqtəni qoyub - 4-0.

Bu qələbə sayəsində "Fənərbağça" 36 xalla ikinci yerə yüksəlib.

Lider "Qalatasaray"ın 39 xalı var.

Fərid ASLAN

MİA.AZ