Türkiyə 1-ci liqasına çıxış edən və son sıralarından uzaqlaşmağa çalışan "Sakaryaspor", nəhayət, inamlı qələbə qazanıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, komanda "Hatayspor"u 3 cavabsız qolla məğlub edib.
Qolları Burak Çoban, Lukaş Zvolinski və Yosip Vukoviç vurublar.
Bu nəticədən sonra "Sakaryaspor" 22 xalla 12-ci pilləyə qalxıb. "Hatayspor" isə 5 xalla son sırada qalıb.
Fərid ASLAN
MİA.AZ