Prezident İlham Əliyev "Azərbaycan Biznesinin İnkişafı Fondu" ASC Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi ilə bağlı Sərəncam imzalayıb.

Mia.az-ın məlumatına görə, Sərəncama əsasən, Müşahidə Şurası aşağıdakı tərkibdə təsdiqləyib:

Müşahidə Şurasının sədri

Azərbaycan Respublikasının iqtisadiyyat naziri

Müşahidə Şurasının üzvləri:

Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini

Azərbaycan Respublikası maliyyə nazirinin müavini

Azərbaycan Respublikası Mərkəzi Bankı sədrinin müavini

Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktorunun müavini.