Türkiyə Super Liqasının 16-cı turunda "Samsunspor"u səfərdə 2-0 hesabı ilə məğlub edən "Başakşehir"in baş məşqçisi Nuri Şahin oyundan sonra açıqlama verib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, bu qələbəni çox vacib sayıb.
Nuri Şahin deyib ki, səfrdən 3 xalla dönmək mühim motivasiyadır: "Bu, bizim üçün çox vacib bir qələbədir, çox güclü rəqibə qarşı 3 xal qazanmaq əla hisss yaradır. Düşünürəm ki, matçın əvvəlindən sonuna qədər biz qələbəyə layiq idik. Çox yaxşı oynadıq. Meydanda həm topla, həm də topsuz olaraq planlaşdırdığımız hər şeyi əks etdirdik. Nəticədə, buradan dəyərli 2-0 hesablı qələbəylə ayrılırıq. Çox sevincliyəm"
Fərid ASLAN
MİA.AZ