"Beşiktaş"ın baş məşqçisi Sergen Yalçın "Trabzonspor"la 3-3 hesablı matçdan sonra hakimlərə üsyan edib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki,  o,  bu gecə teatr tamaşası səhnələşdirildiyini və bu səbəbdən 1 xal qazandıqları üçün xoşbəxt olduqlarını deyib.

Segen Yalçın bildirib ki, "Trabzonspor" kimi bir komandaya qarşı səfərdə 70 dəqiqə 10 nəfərlə oynama asan deyil: "Oyunun ilk mərhələlərinə baxanda rəqib ev üstünlüyü ilə bizə təzyiq göstərməyə çalışdı. Hakim birinci və altıncı dəqiqələrdə bizim futbolçulara iki sarı vərəqə göstərdi və bununla da oyunçularımız mübarizə ruhunu itirdilər. Qorxudan ikili mücadiləyə girmədilər. Sonra bir qol vurduq. Bundan sonra ikinci qol gəldi. Sonra hesab 2-1 oldu və üçüncü qolu da vurduq. Bundan sonra bizim üçün daha rahat bir oyun kimi görünürdü. Ancaq qəfildən VAR dövriyəyə grib bizim oyunçunu 38-ci dəqiqədə meydandan qırmızı kartla qovdular. Təbii ki, rəqib meydanda 11 oyunçu ilə bizə çox təzyiq göstərdi. Müdafiə olunmalı idik. Hesabı 4-2 etmək üçün şanslarımız var idi, amma onlardan istifadə edə bilmədik. Matç 3-3 hesabı ilə başa çatdı. Bizim üçün buradan qazandığımız bir xal və teatr ssenarisini nəzərə alsaq, olduqca normal görünür. Təəssüf ki, bu, matçdan daha çox teatr tamaşası kimi idi. Hakimlərin və VAR-dakıların qərarları bizim üçün tam fəlakət idi"

Fərid ASLAN

MİA.AZ