"Qalatasaray" prezidenti Dursun Özbek argentinalı hücumçu Mauro İkardinin komandadan ayrılacağı və klub rəhbərliyinin ona qarşı vəfaszlığı barədə tirajlanan xəbərlərə sərt reaksiya verib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, "Qalatasaray" rəhbərliyini xəyanətkar  və ya vəfasız kimi göstərmək cəhdlərini qınayıb.

O, argentinalı hücumçusu Mauro İkardinin ayrılması xəbəri və onun kontekstində ortaya çıxan iddialara belə şərh verib: "İkardinin "Qalatasaray"la hansı problemi ola bilər? Ən vacib oyunçularımızdan birinin göstərdiyi xidməti kim inkar edə bilər?! O, ciddi zədə aldı. Təxminən bir ildir ki, onun sağalmasını gözləyirik. "Qalatasaray" rəhbərliyini xəyanətkar kimi göstərmək kimin maraqlarına xidmət edir?! Onlar bu cür absurd iddialarla "Qalatasaray"dakı atmosferi pozmaq istəyirlər. Biz oxşar vəziyyətlərin öhdəsindən uğurla gəlmişik, yenə də gələcəyik".

Fərid Aslan

MİA.AZ