Bu gün Ağdərə rayonunun Həsənriz kəndinə növbəti köç olub.

Mia.az xəbər verir ki, bu dəfə kəndə 16 ailədən ibarət 74 nəfər köçürülüb.

Məlumata əsasən, bununla da Həsənrizə köçürülən ailələrin sayı 161-ə (1009 nəfər) çatıb.