“Yuventus” “Olimpik Marsel”in müdafiəçisi Leonardo Balerdini transfer etmək istəyir.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, oyunçu bu transferə müsbət yanaşıb.

2020-ci ildə Fransa nəhənginə keçən 26 yaşlı müdafiəçi bu mövsüm 15 matçda 1 asistlə fərqlənib.

Xatırladaq ki, onun transfer dəyəri 20 milyon avro olaraq qiymətləndirilir.

Fərid

MİA.AZ