Trabzonspor "Beşiktaş"la oyunun hazırlıqlarını davam etdirir.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, baş məşqçi Fatih Tekke həlledici matçdan əvvəl müdafiə planını yenidən qurur.
Çempionluq uğrunda mübarizədə qalib gəlməyi və iddiasını təsdiqləməyi hədəfləyən Trabzonspor getdikcə artan qeyri-müəyyənliklə üzləşir.
Vaqner Pina qırmızı vərəqə cəzası səbəbindən Beşiktaş matçını buraxacaq. 48 yaşlı məşqçi sağ cinah müdafiəçisi Ozan Tufanı meydana çıxara bilər. Başqa bir alternativ isə Mustafa Eskihellaçın sağ cinah müdafiəçisinə keçməsi, Arif Boşluğun isə sol cinah müdafiəçisi olmasıdır.
Mərkəzi müdafiə mövqeyində Rayyan Baniya zədə səbəbindən oynaya bilməyəcək. Müalicə alan Stefan Saviçin vəziyyəti hələ də bəlli deyil. Qalatasaray matçında zədələnən Monteneqrolu müdafiəçi məşqdə özünü sınayacaq.
Okay Yokuşlunun Beşiktaş oyununa hazır olması gözlənilir. Son matçda start heyətində oynayan və yaxşı oyun göstərən Serdar Saatçının start heyətində yer almağa ümid edən digər oyunçudur.
Fərid
MİA.AZ