Super Liqanın 16-cı həftəsində "Qalatasaray" səfərdə "Antalyaspor"la qarşılaşacaq.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, oyundan əvvəl baş məşqçi Okan Buruk start heyətini müəyyənləşdirməyə çalışır.
"Qalatasaray"ın qapısında Günay Güvençin olacağı gözlənilir.
Müdafiənin sağ cinahında Roland Sallai, sol cinahında isə Kazımcan Karataş olacaq. Mərkəzi müdafiə cütlüyündə Davinson Sançez və Əbdülkərim Bardakçı yer alacaq.
Yarımmüdafiə üçlüyünün Lukas Torreyra, Qabriel Sara və İlkay Gündoğandan ibarət olacağı gözlənilir.
Leroy Sane və Barış Alper Yılmaza cinahlarda şans veriləcək.
Forvard mövqesində isə, Viktor Osimhen olacaq.
Fərid
MİA.AZ