Kamerun Futbol Federasiyasının prezidenti, bir vaxtların məşhur hücumçusu Samuel Eto'o hazırda "Neftçi"nin heyətində oynayan hücumçu Vinsent Abubakarı milli komandadan kənarlaşdırıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu qərar ölkədə birmənalı qarşılanmayıb.
İddiaya görə, Samuel Eto'onun Afrika Millətlər Kubokundan əvvəl bu qərarı verməsinin gizlini var: "O, Vinsent Abubakarın nun rekordunu yenilənməsindən ehtiyatlanır. Çünki Abubakar cəmi 12 qol vurarsa, onun rekordunu əlindən alacaq".
Kamerun mediası yazır ki, Eto'o rəsmi formada bu qərarını Abubakarın "Neftçi" kimi zəif komandada forma geyinməsi ilə əlaqələndirib.
Xatırkladaq ki, Abubakarın 117 matçda 45 qolu var. Eto'o isə yığmada 118 oyunda 56 qol atıb.
Fərid Aslan
MİA.AZ