Ermənistanın Baş naziri Nikol Paşinyan Qarabağdan köçən ermənilərin geridönüşü məsələsinin artıq tarix olduğunu deyib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki,  onun sözlərinə görə, bu, real məsələ deyil: "Mən Qarabağdakı camaata onların geri qayıtmasının real olmadığını dedim. Əgər belə bir iddia ilə davam etsək, bu, Qarabağla bağlı gərginliyi yenidən başlatdığımız deməkdir. Mən bunu Qarabağdan köçən xalqımıza demişəm. Artıq Qarabağ savaşı, iddiası və ya hərəkatı  bitib. Onu dirçəltmək cəhdləri faydasızdır"

"Armenpress"in məlumatına görə, Paşinyan bölgədə və ölkəsindəki inkişafın Azərbaycanla düşmənçiyə son qoyulması və sülhdə aslı olduğunu deyib.

Samir MUSAYEV

MİA.AZ