Çempionlar Liqasında "Ayaks" 2-4 hesablı məğlubuyyətdən sonra "Qarabağ"ın Baş məşqçisi Qurban Qurbanov səhvlərdən danışıb.
Mia.az-ın məlumatına görə, o,mətbuat konfransında suallara cavabda bildirib ki, oyunun ikinci hissəsində daxil olan oyunçuların oyunundan o qədər də razı qalmayıb: "Daha yaxşı oynaya bilərdilər. Məsələn, Nəriman Axundzadə. Hava şəraitini, şərtləri də nəzərə almaq lazımdı. Ot örtüyü çox ağırlaşmışdı. Amma bütün hallarda oyun çox baxımlı idi. Uduzmağımıza baxmayaraq, əminəm ki, azarkeşlər zövq ala bildi. Bir an belə dayanmadı oyun və mənim də xoşuma gəldi".
Baş məşqçi dedi ki, oyundan sonra futbolçularına təsəlli verib, çünki çox kefsiz olublar: "Təbii ki, məğlubiyyət çox ağır təsir bağışlayır. Mən onları başa düşürəm. Amma gəlin, nəzərə alaq ki, Avropa klubları belə dinamik oyunları hər gün oynayır və böyük təcrübəyə malikdi. Amma biz də gələcəyə pozitiv yanaşmalıyıq, çox çalışmalıyıq".
Zülfiyyə Mustafayeva
MİA.AZ