Bu gün İqtisadi Şura və Azərbaycan İnvestisiya Holdinqinin (AİH) Müşahidə Şurasının (MŞ) birgə iclası keçirilib.

Mia.az xəbər verir ki, Baş nazir, İqtisadi Şuranın və AİH-in MŞ-nın sədri Əli Əsədovun rəhbərliyi ilə keçirilən iclasda SOCAR-ın dayanıqlı fəaliyyəti barədə təqdimat, o cümlədən, şirkətin həyata keçirdiyi layihələr və onların inkişaf perspektivləri, layihələrin icrası üçün maliyyələşmə mənbələri, borc portfeli və digər cari məsələlər ətraflı müzakirə olunub.

Gündəlikdə olan məsələlər üzrə SOCAR-ın prezidenti Rövşən Nəcəf təqdimatla çıxış edib. İclasda eləcə də iqtisadiyyat naziri Mikayıl Cabbarov, Dövlət Neft Fondunun (ARDNF) icraçı direktoru İsrafil Məmmədov və AİH-nin Baş icraçı direktoru Ruslan Əlixanov çıxış ediblər.

Təqdim olunan məsələlərə dair İqtisadi Şuranın və AİH-in MŞ-nın üzvləri müzakirələr aparıb. İclasın yekununda Şura üzvlərinin rəy və təklifləri nəzərə alınmaqla SOCAR və ARDNF-ə müvafiq tapşırıqlar verilib.