Türkiyə Futbol Federasiyası (TFF) Super Liqada çıxış edən səkkiz klubun cəzalandırılmasına hazırlaşır.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə TFF məlumat yayıb.
Bldirilib ki, son tur oyunlarında idman qaydalarını pozduqları üçün "Beşiktaş", "Fənərbaxça", "Qalatasaray", "Trabzonspor", "Alanyaspor", "Çaykur Rizespor", "Kasımpaşa" və "Kocaelispor" klublarını məşqçiləri və futbolçuları, həmçinin "Beşiktaş"ın prezidenti Serdal Adalı və "Qalatasaray"ın vitse-prezidenti Abdullah Kavukçu futbolun nüfuzuna xələl gətirəən açıqlamaları səbəbindən barələrində toplanmış PFDK-ya göndərilib.
Məlumatda deyilir ki, PFDK yaxın günlərdə onlarla balı cəzaları elan edəcək.
Fərid ASLAN
MİA.AZ