Dünyanın ən çox qazanan futbolçularından biri olan Cənubi koreyalı Heung-Min Son şantaj olunub.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, bir qadın tərəfindən "səndən hamiləyəm" iddiası ilə təhdid olunub.
Məlumata görə, bu məsələdə qadına 40 yaşlı daha bir koreyalı "dəstək" verib: "Onlar futbolçunu şantaj edərək 300 milyon von (təxminən 350 min manat) qoparıblar".
Məlumata görə, daha sonra yenidən şantaj olunan Son Heung-Min bezəərk polisə üz tutub: "Polisə şikayətdən sonra qadın və onun əlbir olan şəxsə cinayət işi açılıb. Tibbi müayinələrdən sonra isə qadın və şərikinin futbolçunun qarşı şantaj edərək, pul aldıqları təsdiqləniib".
Xəbərdə bildirilib ki, iş məhkəmətə yönəldikdən sonra işə baxılıb: "Məhkəmə qadına dörd il, onunla əlbir olan şəxsə isə iki il həbs cəzası verib.
Fərid ASLAN
MİA.AZ