Bakıda 7 min manatlıq oğurluq etməkdə şübhəli bilinən yeniyetmələr tutulub.

Daxili İşlər Nazirliyindən Mia.az-a bildirilib ki, Binəqədi rayonunda bir nəfərə məxsus 7000 manat dəyərində moped oğurlamaqda şübhəli bilinən iki nəfər yeniyetmə də polis əməkdaşları tərəfindən saxlanılıb.

Yasamal rayonu ərazisində isə yaşayış binalarının liftlərindən ayrı-ayrı vaxtlarda oğurluqlar edilməsi barədə polisə məlumatlar daxil olub. Yasamal RPİ 29-cu Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər oğurluq və narkotiklə əlaqəli cinayətə görə məhkum olunmuş Z.Nəsirov müəyyən edilərək saxlanılıb.

Faktlarla bağlı araşdırma aparılır.