Bu gün Çempionlar Liqasında 6-cı turunda azərbaycanlıların da azarkeşlik etdiyi "Qalatasaray" Fransada "Monako" ilə qarşılaşıb.
Mia.az xəbər verir ki, saat 00.00-da başlayan matçın 48-ci dəqiqəsində fransızlar penalti qazanıb.
Lakin Zakariyanın zərbəsini Uğurcan dəf edib.
Oyunun 67-ci dəqiqəsində fransızlar hesabı açıb - 1:0.
Hakim oyunun əsas vaxtına 10 dəqiqə əlavə etsə də, "Qalatasaray" hesabı bərabərləşdirə bilməyib.
Oyun bu hesabla başa çatıb.
Bu nəticədən sonra "Monako" 9 xalla 17-ci, "Qalatasaray" isə 9 xalla top fərqiylə 16-cı yerdə qərarlaşıb.
Fərid ASLAN
Mia.az