Dekabrın 9-da Çempionlar Liqasında 6-cı turu çərçivəsində "Bavariya" Portuqaliyanın "Sportinq" komandası ilə üz-üzə gəlib.
Mia.az xəbər verir ki, saat 21.45-də başlayan matçdan alman komandası qalib ayrılıb -3:1.
Oyuna gəldikdə, "Bavariya" 1-0 hesabı ilə geriyə düşdüyü matçada 65-ci dəqiqədə Serj Qnabri, 69-cu dəqiqədə Lennart Karl və 77-ci dəqiqədə Conatan Tahın qolları ilə qələbəni təmin edib.
"Sportinq"in yeganə qolunu 54-cü dəqiqədə Coşua Kimmix vurub.
Bu qələbəylə Almaniya komandası 15 xal və bir oyun ehtiyatı ilə ikinci yerə yüksəlib. Portuqaliya komandası isə 10 xalda qalıb.
Fərid ASLAN
mia.az