“Qalatasaray” İngiltərə Premyer Liqası təmsilçisi “Brentford”un yarımmüdafiəçisi Vitali Yaneltlə maraqlanır.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, “sarı-qırmızılılar”ın 27 yaşlı oyunçunun transferini aktiv şəkildə izlədiyi bildirilir.
“Qalatasaray”ın yarımmüdafiəni gücləndirmək üçün futbolçunu mümkün transfer hədəflərindən biri kimi dəyərləndirdiyi deyilir.
Xatırladaq ki, Vitali Yanelt "Brendford"a 2020-ci ildə transfer olmuşdu.
Fərid
MİA.AZ